Cümə axşamı, 14 Fevral 2019 11:01

Zərif terror aktına münasibət bildirib

Zərif terror aktına münasibət bildirib

İran İslam Respublikası xarici işlər naziri dünən gecə ölkənin cənub şərqində Sistan və Bəluçestan ostanında törədilmiş terror aktını pisləyərək bildirib: İranın dəqiq Varşava sirkinin keçirildiyi gündə terror hücumuna məruz qalması heç də təsadüfi deyil.

 

 

İRNA-nın verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif özünün Tvitter səhifəsində bildirib: İran sərhədçilərinin qanını tökən terrorçu dəstələr Varşava küçələrində bu terror aktına ura çəkir və Tvittlərlə onu dəstəkləyirlər. 

Zərif deyib: Görünür Amerika həmişə eyni səhvlərə yol verir amma fərqli nəticələr gözləyir. 

Dünən gecə Sistan və Bəluçestan ostanında Xaş-Zahidan şosse yolu istiqamətində İran İslam Respublikası sərhədçilərini daşıyan bir ədəd avtobus kamikadze hücumunun hədəfinə çevrilib. 

İçərisinə partlayıcı maddələr yüklənmiş bir avtomobilin yol kənarında İslam İnqilabının Keşikçiləri Korpusunun Quru qoşunlarının Quds qərargahı bölmələrindən birinin üzvlərini daşıyan avtobusun yaxınlığında partladılması nəticəsində İran sərhədlərini qoruyanlardan bir qrupu şəhid olub və yaralanıb. 

Özünü "Ceyşül-Ədl" adlandıran amma əslində Ceyşül-zülm olan terrorçu qrup bir bəyanatda bu cinayətin məsuliyyətini öz üzərinə götürüb. 

Bu terror qruplaşması sələfi və vəhhabi təfəkkürünə malikdir və Suriyadakı təkfirçi terrorçu qrupları himayə edir. 

Bu terror qruplaşması indiyədək Sistan və Bəluçestan vilayətində bir neçə qətl və terrorun məsuliyyətini öz üzərinə götürüb. Bu qruplaşmanın son cinayəti ötən milad ili aprelin 26-da Mir Cavə bölgəsində baş verdi. Bu terror aktında  9 iranlı sərhəd keşikçisi şəhid edildi.

Şərh yaz


Məxfi kod
Yenilə