Cümə axşamı, 14 Fevral 2019 09:07

İranın cənub şərqində terror aktı

İranın cənub şərqində terror aktı

İslam İnqilabının Keşikçiləri Korpusunun Quru qoşunlarının Quds qərargahı dünən gecə bir bəyanatda İranın cənub şərqində yerləşən Sistan və Bəluçestan ostanında terror hücumu nəticəsində 27 nəfərin şəhid olduğu və 13 nəfərin yaralandığını bildirib.

 

 

İRİB-in verdiyi məlumata görə, İslam İnqilabının Keşikçiləri Korpusunun Quru qoşunlarının Quds qərargahı bir bəyanatda xatırladıb ki, sərhəd keşiyindəki missiyalarını bitirərək öz vətənlərinə qayıtmaqda olan qeyrətli islam döyüşçülərini daşıyan bir ədəd avtobus Sistan və Bəluçestan ostanının Xaş-Zahidan şosse yolunda təkfirçi terrorçuların kamikadze əməliyyatının hədəfinə çevrilib və bu terrorçu cinayətdə indiyədək 27 islam döyüşçüsü şəhid olub, 13 nəfər yaralanıb. 

İslam İnqilabının Keşikçiləri Korpusunun Quru qoşunlarının Quds qərargahı, İslami İranın sərhədlərinin təhlükəsizliyini qoruyan qeyrətli döyüşçülərin şəhadətini təbrik edə və başsağlığı verərək bu kimi terror hücumlarının islam inqilabının inadcıl düşmənlərinin acizliyindən mənşə aldığını bildirib. 

İslam İnqilabının Keşikçiləri Korpusunun Quru qoşunlarının Quds qərargahı bildirib: Hegemoniya quruluşu və sionizmin casusluq agentliklərinin dəstəyi ilə həyata keçən bu kimi vəhşi hərəkətlər İran sərhədlərini mühafizə və müdafiə edənlərin polad iradəsinə nəinki heç bir xələl gətirməyəcək hətta onların islami İranın sərhədlərinin təhlükəsizliyini mühafizə və xalqın sakitliyi və asayişini təmin sahəsindəki əzmkarlıqlarını daha da artıracaq.

Özünü "Ceyşül-Ədl" adlandıran amma əslində Ceyşül-zülm olan terrorçu qrup bir bəyanatda bu cinayətin məsuliyyətini öz üzərinə götürüb. 

Bu terror qruplaşması sələfi və vəhhabi təfəkkürünə malikdir və Suriyadakı təkfirçi terrorçu qrupları himayə edir. 

Bu terror qruplaşması indiyədək Sistan və Bəluçestan vilayətində bir neçə qətl və terrorun məsuliyyətini öz üzərinə götürüb. Bu qruplaşmanın son cinayəti ötən milad ili aprelin 26-da Mir Cavə bölgəsində baş verdi. Bu terror aktında  9 iranlı sərhəd keşikçisi şəhid edildi.

Şərh yaz


Məxfi kod
Yenilə