Cümə axşamı, 14 Fevral 2019 08:32

İnqilab rəhbərinin bəyanatına ümumi baxış

İnqilab rəhbərinin bəyanatına ümumi baxış

İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamanei tərəfindən islam inqilabının qələbəsinin 40 illiyi münasibəti ilə yayılan bəyanata ümumi baxış:

İran İslam Respublikası aşağıdakı xüsusiyyətlərə malikdir: 

1- Hər bir şey üçün ömür və istehlak tarixi nəzərə almaq olar amma bu dini inqilabın ümumdünya şüarları bu prinsipdən istisna edilir ona görə ki, azadlıq, əxlaqiyyat, mənəviyyat, ədalət, istiqlal, izzət, dərrakə və qardaşlıq bəşərin fitrətindədir. 

2- Tənqidlərə müsbət həssaslıq göstərir amma dəyərlərdən məsafə almır. 

3- Yumşaqdır və öz səhvlərini düzəltməyə hazırdır amma təsir altına düşərək yenidən baxan deyildir. 

4- Sistem yaratdıqdan sonra durğunluğa düçar olmayıb, daşlaşmayıb və yeni fenomenlər və mövqelərə qarşı anlayışsız və emosiyasız deyildir. 

5- Öz prinsiplərinə son dərəcə sadiqdir və düşmənlər və rəqiblərə qarşı son dərəcə həssas. Bir çox qiyamlar və hərəkatlara utanc gətirən ifratlar və solçu hərəkətlərə düçar olmayıb. 

6- Bu inqilab əvvəlindən indiyədək nə rəhimsiz olub, nə qan tökən və nə də təsir altına düşən və tərəddüd edən. Heç bir meydanda ilk gülləni atmayıb, amma düşmənin hücumundan sonra özünü müdafiə edib, qarşılıqlı zərbəni möhkəm endirib. 

7- Məzlumlar və müstəzəfləri müdafiə edib, bir mənalı şəkildə şücaətlə zorakılar qarşısında dayanıb. 

İslam inqilabının böyük rəhbərinin inqilabın birinci nəsli barədə gənclərə xatırladıqları: 

İstər devrilişçi, totalitar, korrupsioner və asılı tağut rejimi, istərsə də Amerika, şərq və qərb gücləri; hər şey əleyhimizə idi.

Qarşımızda sınanmış təcrübə yaxud gedilmiş yol yox idi amma böyük addımlar atdıq.

İnqilabın ilk addımının səmərələri və nəticələri: 

1- Ölkədə sabitlik və təhlükəsizliyin təmini, ərazi bütövlüyü və sərhədlərin mühafizəsi. 

2- Elm, texnologiya sahəsində ölkənin mühərriki və iqtisadi, abadlıq infrastrukturunun yaradılması. 

3- Seçkilər kimi siyasi hadisələrdə, daxili fitnələrlə mübarizədə, milli səhnələrdə və hegemoniyaya qarşı hərəkatlarda xalqın iştirakını kulminasiya nöqtəsinə çatdırdı. 

4- Hər bir vətəndaşın siyasi baxışını və beynəlxalq məsələlər barədə mövqeyini heyrətləndirici səviyyəyə qaldırdı. 

5- Ölkənin ümumi imkanlarının bölüşdürülməsində ədalət prinsipini gücləndirdi. 

6- Cəmiyyətdə ümumiyyətlə mənəviyyat və əxlaqiyyat meyarını gözə çarpacaq dərəcədə gücləndirdi. 

7- Quldurlar və zorakılar qarşısında müqavimətin iftixarlı, əzəmətli və təntənəli simvoluna çevrildi. 

İnqilabın ikinci addımı üçün gənc nəslin üzərinə düşən missiya: 

1- Elm və tədqiqat: Elm hər hansı bir ölkənin izzəti və qüdrətinin ən bariz vasitəsidir ...Biz hələ dünyanın elm zirvələrindən çox geridəyik, zirvələrə nail olmalıyıq. 

2- Mənəviyyat və Əxlaq: Mənəviyyat əxlaqi dəyərlərin qabardılması, əxlaqi səciyyələrə riayət edilməsi deməkdir. 

3- İqtisadiyyat: Hökumət daxilində, iqtisadi biliklərə malik olan, əhatəli olan, mömin, ağıllı və gənclər müqavimət iqtisadiyyatını icra etsinlər. 

4- korrupsiya ilə mübarizə və ədalət : Ümumi ehtiyatların paylaşmasında ayrı-seçkilik, monopoliyaya meydan vermək, iqtisadiyyatdakı fırıldaqçılarla yola gəlmək, ədalətsizliyə gətirib çıxararaq kəskin şəkildə qadağandır. Həmçinin dəstəyə ehtiyacı olan kütlələrdən qafil olmaq heç cür qəbul ediləsi deyildir. 

5- İstiqlal və azadlıq: Milli istiqlal xalqın və hökumətin dünyanın hegemonçu güclərinin zorakılıqlarından azad olmaq deməkdir və ictimai azadlıq bütün cəmiyyət üzvləri üçün qərar qəbul etmək, əməl etmək və düşünmək hüququ anlamına gəlir. 

6- Milli izzət, xarici əlaqələr, düşmənə qarşı həddi saxlamaq: Bunların üçü də beynəlxalq əlaqələrdə " izzət, hikmət və məsləhət" prinsipinin qollarıdır. 

7- Həyat tərzi: Qərbin İranda qərbə məxsus həyat tərzini yaymaq cəhdləri, bizim ölkə və xalqa ödənilməz əxlaqi, iqtisadi, dini və siyasi ziyanlar vurub; onunla qarşılaşmaq ətraflı və ağıllı cihad tələb edir ki, burada da ümid siz gənclərədir.

Şərh yaz


Məxfi kod
Yenilə