Çərşənbə axşamı, 12 Fevral 2019 14:26

Assoşieyted-Press İran xalqının 22 bəhmən yürüşündəki geniş iştirakını etiraf edib

Assoşieyted-Press İran xalqının 22 bəhmən yürüşündəki geniş iştirakını etiraf edib

İran xalqının İslam İnqilabı qələbəsinin 40-cı ildönümü şənliyində və 22 bəhmən yürüşündəki geniş iştirak dalğası Assoşieyted-Press-i də reaksiyaya vadar edibdir.

Assoşieyted-Press "İranlılar 1979-cu il inqilabının ildönümünü qeyd etdilər" adlı reportajında yazıb: Xalq Tehranda və İranın digər şəhərlərində küçələrə çıxdı ki, 40 il bundan öncə bu ölkədə İslam İnqilabının qələbə çaldığı günü qeyd etmiş olsun.

Assoşieyted-Press əlavə edib: Tehranlılar bu şəhərin onlarla müxtəlif məntəqəsindən gələrək, Azadi meydanına toplaşıblar. Onlar İran İslam Respublikası bayrağını dalğalandıraraq, "Amerikaya ölüm!" şüarı verirlər.

Bu amerikan informasiya agentliyi öz reportajında yürüş iştirakçılarından müsahibə alaraq, yürüşün istiqamətinin şərhində belə qeyd edib: Tehranın İnqilab küçəsi inqilab və milli nəğmələr yayan ruporlar və böyük şarlarla bəzədilmişdi.

Assoşieyted-Press sonra Tehrandakı yürüşün kənarında İran İslam Respublikasının raket qüdrətinin sərgilənməsinə işarə edərək yazıb: Bazar ertəsi günü keçirilən yürüş "Amerikaya ölüm!" və "sionist rejimə ölüm!" şüarlarının kənarında İranda istehsal olunmuş hərbi raketlərin nümayişi üçün də bir meydan olmuşdu.

Bu gün İslam İnqilabı qələbəsinin 40-cı ildönümünün qeyd olunmasında İslami İranın mindən çox şəhəri və on min kəndi xalqın yürüşü səhnəsi olmuşdu.

Tehranda və İranın digər şəhərlərində yürüş güclü yağış və qar yağıntısı altında keçirilibdir.

Şərh yaz


Məxfi kod
Yenilə