Bu səhifəni yazdır
Bazar ertəsi, 11 Fevral 2019 14:48

Ruhani: İran İslam Respublikası müdafiə təchizatları düzəltmək üçün bir kəsdən icazə almayacaq

Ruhani: İran İslam Respublikası müdafiə təchizatları düzəltmək üçün bir kəsdən icazə almayacaq

İran İslam Respublikası prezidenti deyib: İran müdafiə təchizatları və tanka qarşı raket növləri istehsalı üçün bir kəsdən icazə almır.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Tehranın Azadi meydanında, İslam İnqilabı Qələbəsinin 40-cı ildönümü günü mərasimində deyib: Bütün dünya bilsin ki, İran İslam Respublikasının qüdrəti bu gün Müqəddəs Müdafiə dövründəkindən qat-qat çoxdur və İranın silahlı qüvvələri müxtəlif silah və sursat növlərinin hazırlanmasında iqtisadi müstəqilliyə çatıblar.

İran İslam Respublikası prezidenti İranın silahlı qüvvələrinin ölkənin müdafiəsindəki şücaəti və stimuluna işarə edərək, deyib: Dünya xalqları gördülər ki, İranın iradəsi və köməyi ilə Suriya, İraq və Livan xalqları qələbə qazandılar. Fələstin və Yəməndə də işğalçılar və təcavüzkarlar qarşısında müqavimət davam edir.

Ruhani vurğulayıb: Düşmənlər bu gün özlərinin regiondakı müdaxilələri və 20 illik məğlubiyyətlərini etiraf edərək, buradan çıxmağa məcburdurlar ki, region xalqları azadlıqla inkişaf və quruculuq yolundakı yollarını davam etdirə bilsinlər.

İran İslam Respublikası prezidenti həmçinin söyləyib: İran xalqının İslam İnqilabının qələbəsinin ildönümü yürüşündəki əzəmətli iştirakı sübut etdi ki, düşmənlərin fitnələri uğursuz qalıb; onlar heç vaxt öz hədəflərinə çatmayacaqlar və İran İslam Respublikası öz yolunu qırx il bundan öncə olduğu kimi davam etdirəcəkdir.

Ruhani çıxışının digər bir hissəsində İranın neft-kimya sahəsi daxil olmaqla müxtəlif sahələrdəki irəliləyişlərinə işarə edib. O, deyib: Bütün dünya İranın son dərəcə sürətli inkişafını etiraf edir.

İran İslam Respublikası prezidenti islamçılıq, respublikaçılıq, seçkilərin keçirilməsi və məsul şəxslərin seçilmələrini İran İslam Respublikasının mühüm nailiyyətlərindən adlandırıb.

Şərh yaz


Məxfi kod
Yenilə