Bazar ertəsi, 11 Fevral 2019 11:34

22 bəhmən yürüşü istiqamətində Sepah-ın uzaqmənzilli raketləri nümayiş etdirilir

22 bəhmən yürüşü istiqamətində Sepah-ın uzaqmənzilli raketləri nümayiş etdirilir

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələri Tehran şəhərində, 22 bəhmən yürüşü istiqamətində bu qüvvələrin uzaqmənzilli raketlərini nümayiş etdirir.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələri bu gün Tehranda əzəmətli 22 bəhmən yürüşü istiqamətində 700 kilometr mənzilə malik "Qiyam", 800 kilometr mənzilə malik "Zolfəqar" və 2000 kilometr mənzilə malik "Qədr" raketlərini nümayiş etdirir.

Tehranda əzəmətli 22 bəhmən yürüşü istiqamətində həmçinin daxili istehsal olan yer-yer, yer-hava, hava-yer raketləri, zirehli avtomobil və transportlyorlar, eləcə də İran silahlı qüvvələrinin məhsulu olan digər müdafiə təchizatları sərgilənib və onlar xalqın böyük rəğbəti ilə qarşılanıbdır.

İran İslam İnqilabı qələbəsinin ildönümü yürüşü bu gün səhər eyni zamanda İslami İranın mindən çox şəhəri və on min kəndində başlanıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə