Bazar, 10 Fevral 2019 15:02

Zərif: Varşava iclası keçirilməzdən öncə uğursuzluğa məhkum oldu

Zərif: Varşava iclası keçirilməzdən öncə uğursuzluğa məhkum oldu

İranın xarici işlər naziri vurğulayıb ki, Amerika Varşava iclasında anti-İran mövqeləri və hədəflərindən geri çəkilib. O, deyib: Bu iclas başlanmazdan öncə uğursuzluğa məhkum oldu.

Məhəmməd Cavad Zərif Varşava iclasının qarşıdakı günlərdə keçiriləcəyinə toxunaraq, əlavə edib: Polşada anti-İran iclasının keçirilməsi üçün böyük səylər göstərmiş amerikalılar öz mövqelərindən geri çəkilərək bildiriblər ki, İran, bu iclasın mövzusu deyildir.

Zərif söyləyib: Varşava iclasında ABŞ-ın vitse-prezidentinin iştirak etməsi göstərir ki, amerikalılar özlərinin ilkin hərəkət və hədəflərinə çatmayıblar. Və Amerika özünə qarşı formalaşmış atmosferin əvəzini çıxmağa çalışır.

ABŞ-ın dövlət katibi Mayk Pompeo bu ölkənin İranofobiya siyasətinin təlqini üzrə səylərinin davamında yanvarın on birində elan etdi ki, Vaşinqton fevralın 13-ü və 14-də Polşanın Varşava şəhərində İran mövzusunda iclas keçirməyi planlaşdırır.

Şərh yaz


Məxfi kod
Yenilə