Bazar, 10 Fevral 2019 13:36

İran xalqı amerikalılar və avropalıların hədələrindən qorxmur

İran xalqı amerikalılar və avropalıların hədələrindən qorxmur

İranın məhkəmə hakimiyyətinin sədri vurğulayıb: İran xalqı amerikalılar və avropalıların hədələrindən qorxmur və heç zaman onlara təslim olmayacaqdır.

Ayətullah Sadeq Amoli-Laricani bildirib ki, İran xalqı İslam İnqilabını qorumaq üçün əlindən gələni əsirgəməyib. O, əlavə edib: İran xalqı 22 bəhmən yürüşündə öz qəhrəmancasına iştirakı ilə düşmənin fitnələrini, həmçinin Amerikanın və onun amillərinin psixoloji əməliyyatlarını zərərsizləşdirəcək.

Ayətullah Amoli-Laricani vurğulayıb ki, İranın sayıq xalqı vəhdət və həmrəylik günü olan 22 bəhməndə islami quruluşun gücü və böyüklüyünü düşmənlərə göstərəcəkdir.

Şərh yaz


Məxfi kod
Yenilə