Bazar, 10 Fevral 2019 12:25

Britaniya Avropa Birliyinin İran ilə ticarət üzrə mexanizmini qanuniləşdirdi

Britaniya Avropa Birliyinin İran ilə ticarət üzrə mexanizmini qanuniləşdirdi

Britaniya hökuməti İran və ABŞ sanksiyalarının digər hədəf ölkələri ilə ticarət əlaqələrini qoruya bilməsi üçün Avropa Birliyinin ticarəti himayə mexanizmini öz milli qanunlarına daxil etdi.

Təsnim xəbər agentliyinin bildirdiyinə görə, Britaniya hökuməti Avropa Birliyinin ticarəti himayə mexanizmini öz milli qanunlarına daxil etməklə İran ilə ticarətdə öz maraqlarını qorumağa çalışıb.

Britaniya Milli Arxivinin şənbə günü yaydığı sənədə əsasən, Avropa Birliyinin xarici ticarəti himayə mexanizminin Britaniyanın milli qanunlarına daxil edilməsi layihəsi 19 dekabr 2018-ci ildə bu ölkə parlamentinə təqdim edilibmiş. Və parlament üzvləri bu qanunun 2019-cu ilin fevralından qüvvəyə minməsiə dair qərar qəbul ediblər.

Avropa Birliyi də 31 yanvarda İran ilə ticarət mübadilələrini himayə mexanizmi olan İNSTEX-in qüvvəyə mindiyini rəsmən elan etdi.

ABŞ prezidenti Donald Tramp 8 may 2018-ci ildə İran ilə nüvə anlaşmasını birtərəfli qaydada tərk edərək, İrana qarşı nüvə sanksiyalarının yenidən bərpa ediləcəyinin anonsunu vermişdi.

Trampın bu hərəkəti beynəlxalq dairələrin xüsusilə də İran ilə nüvə anlaşmasını imzalamış ölkələrin kəskin etirazlarına səbə boldu.

Şərh yaz


Məxfi kod
Yenilə