Bazar, 10 Fevral 2019 11:24

300 xarici xəbər nümayəndəsi inqilabın 40 illiyi şənliyində iştirak edəcək

300 xarici xəbər nümayəndəsi inqilabın 40 illiyi şənliyində iştirak edəcək

İranın İslami Təbliğat Təşkilatının Koordinasiya Şurasının sədr əvəzi deyib: Daxili medialarla yanaşı, 300-dən çox xarici media 1397-ci günəş ili ilahi 22 bəhmən günü yürüşünü xəbər və təsvir cəhətdən işıqlandıracaq.

Nəsrullah Lotfi IRNA ilə müsahibədə deyib: Aparılmış proqramlaşdırma əsasında müxbir, fotoqraf və kinooperatora şamil olan müxtəlif daxili və xarici mediaların xəbər nümayəndələrindən təqribən 6500 nəfər bu böyük hadisəni xəbər və təsvir cəhətdən işıqlandıracaq.

Lotfi əlavə edib: Bu mərasimdə xarici mediaların xəbər nümayəndələrindən əlavə, siyasi, dini, idman və universitet şəxsiyyətlərinə şamil olan iki yüz xarici qonaq da iştirak edəcəkdir.

İslam İnqilabı, İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə)-in rəhbərliyi altında 1979-cu il fevralın on birində zəfər çaldı.

Builki 22 bəhmən yürüşü bazar ertəsi günü İslami İranın mindən çox şəhəri və on min kəndində eyni zamanda keçiriləcəkdir.

Şərh yaz


Məxfi kod
Yenilə