Bazar, 10 Fevral 2019 14:22

İnqilab Rəhbərinin hüzurunda Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şami-şəhadət əzadarlıq mərasimi keçirilib

İnqilab Rəhbərinin hüzurunda Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şami-şəhadət əzadarlıq mərasimi keçirilib

Dünən axşamçağı Tehranda İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə İslam İnqilabının Böyük Rəhbərinin hüzurunda Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şami-şəhadət əzadarlıq mərasimi keçirilib.

Bir qrup məsul şəxsin və xalqın müxtəlif təbəqələrindən olan minlərlə nəfərin iştirakı ilə keçirilən bu mərasimdə höccətulislam vəlmuslimin Ali, Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şərəfli “mübarəkə” ləqəbi almasının səbəbini bəyan edib. O, deyib: Hərçənd şəhadət zamanı Həzrət Siddiqeyi-Tahirə(s.ə.) 19 ildən çox ömür sürməmişdi, amma o həzrətin ömrünün bərəkəti və xüsusiyyəti bütün tarix qədərdir.

Mərasimin natiqi Qurani-Kərimdəki “Kosər” kəlməsinin təbirinə işarə edərək, belə qeyd edib: Həzrət Zəhra(s.ə.) nəinki Böyük İslam Peyğəmbəri(s.ə.s)-in şəxsi və nəslinin davamçısı, həm də o həzrətin şəxsiyyəti və peyğəmbərliyinin davamçısı idi və əbədiyyətə qədər Qurandan və itrətdən xalqa hər bir xəbər çatacaqsa, Həzrət Siddiqeyi-Kubra(s.ə.) vasitəsilə olacaqdır.

Həmçinin bu mərasimdə cənab Kərimi müsibəti zikr edərək, mərsiyəxanlıq edibdir.

Şərh yaz


Məxfi kod
Yenilə