Şənbə, 19 Yanvar 2019 10:22

Çabahar beynəlxalq kofransı- Şərqin inkişafı üzrə qızıl darvaza

Çabahar beynəlxalq kofransı- Şərqin inkişafı üzrə qızıl darvaza

Dünən İranın cənub-şərqində yerləşən Çabahar azad məntəqəsində Sistan və Bəluçestan vilayətində investisiya fürsətləri üzrə ilk konfrans və sərgi işə başlayıb.

Bu ixtisas sərgisi və konfransında energetika, sənaye, nəqliyyat, turizm, əkinçilik, balıqçılıq və Sistan və Bəluçestan vilayətində münasib investisiya imkanlarının mövcud olduğu digər sahələrdə investisiya fürsətləri təqdim olunacaq.

Bu ikigünlük konfransda Hindistan, Oman, Əfqanıstan və bəzi Orta Asiya ölkələrinin investisiya və ticarət heyətləri iştirak edirlər.

Çabahar azad məntəqəsində investisiya fürsətləri üzrə ilk konfransın birinci günündə daxili və xarici iş adamları və tacirlər investisiya imkanlarını araşdıraraq, İranın iqtisadi məntəqələrində daha artıq iştirak zərurətinə təkid ediblər.

Şərh yaz


Məxfi kod
Yenilə