Şənbə, 19 Yanvar 2019 09:55

Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə tədbir keçirilib

Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə tədbir keçirilib
Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü”nün uca tutulması məqsədilə
keçirilən tədbirdə Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbil şəhərinin imam cüməsi, icra apratının
müdirləri, alimlər, ruhanilər və Ərdəbil şəhər sakinləri iştirak edib.
Qafqaz Mədəniyyət Mərkəzi – Bu gün Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları
Günü” münasibətilə baş tutan toplantıda çıxış edən Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə
nümayəndəsi və Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili bu günün
dəyərləndirilməsinin əhəmiyyətinə toxunaraq deyib: “Dünyanın müsəlman azəriləri birlik
göstərmək, lazımi tədbirlər görməklə öz mədəniyyətlərinin qorunmasına və tərəqqisinə təlaş
etməlidirlər.”
Məqsədə yetişməkdə böyük məsələlərə əhəmiyyət verməyin açar rolu oynadığına və təsirli
olduğuna işarə edən Ayətullah Amili deyib: “Müsəlman azərilər öz kimliklərini belə bir gündə
diriltdilər və bu ali kimlikdən məqsədlərə yetişməkdə faydalanmaq lazımdır.
Müsəlman azərilərin hüquqlarını qorumaq, onların problemlərinin həllinə təlaş etmək islami
kimliyin dirilməsinə səbəb olur.”
Vəliyyi-fəqihin nümayəndəsi çıxışının digər hissəsində illər boyu müsəlman azərbaycanlıların
üzləşdiyi problemlərdən də söz açaraq deyib: “Qarabağ məsələsi bu problemlər sırasındadır və
onun tamamilə həll olunması üçün təlaş etmək lazımdır.”
Dünya müsəlman azərbaycanlılarını bir-birinin həmvətənləri adlandıran imam cümə deyib ki,
İran İslam Respublikası bütün dünya azərilərinin söykənəcək yeri və vətənidir.
Ayətullah Seyid Həsən Amili etiqadı qorumağı dünya azərbaycanlılarının mühüm vəzifəsi
adlandıraraq deyib: “Dünya müsəlman azəriləri bilməlidir ki, onların ilkin kimliyi dini kimlikdir,
islami və dini kimliyi heç vaxt nəzərdən qaçırmaq və unutmaq olmaz.”
Ayətullah Amili əlavə edib: “Sovet hökumətinin zəifləməsi nəticəsində sərhədlərə nəzarət də
zəiflədi. Bunu hiss edən Azərbaycanın dindar əhalisi İran sərhədlərinə tərəf axışdı. Onlar hər gün
Araz çayının sahilində dayanaraq Allahu Əkbər, La ilahə illəllah şüarları səsləndirirdi, İran və
iranlılara sevgi və hislərini elan edən şüarlar verirdi.
19 yanvar günü İslam, İran və Azərbaycanın yaddaşında tarixi dönüş nöqtəsi kimi qalacaq. Elə
buna görə də qərara gəldik ki, 19 yanvarı “Dünya Müsəlman Azərbaycanlıları Günü” və azəri
soyu kimliyinin yenidən özünə qayıtması günü adlandıraq. Çünki bu gün, azərilərin kimliyi üçün
tam miqyaslı bir gücgüdür və hər kəs azərilərin kimliyini tanımaq istəyirsə bu günə diqqət
yetirsin.
Biz hər il bu günü uca tuturuq və müxtəlif proqramlar həyata keçiririk ki, azərilərin tarix və
kimliyi təhrif olunmasın.”
Ərdəbilin imam cüməsi daha sonra deyib: “Kommunist hökumətinin son günlərində
Azərbayacan Respublikası əhalisinin böyük bir hissəsi özünün əsl və həqiqi kimliyini dərindən
dərk edərək İran İslam Respublikasına tərəf axışdı, sərhəd manelələrini aradan qaldıraraq Araz
şayından keçdi, öz keçmiş tarixinə və dini mədəniyyətinə qayıtmaq üçün dərin inanc və sevgisini
nümayiş etdirdi.”
Vəliyyi-fəqihin nümayəndəsi vurğulayıb: “Dünya müsəlman azəriləri elm, tərbiyə, insan
hüquqları kimi bütün sahələrdə daim öndə olub, müsəlman azəri alimlər İslam və dünyaya çoxlu
xidmətlər göstərib.”
Ayətullah Amili əlavə edib: “Ortaq mənəvi irs olaraq İranın böyük şairi Nizami Gəncəvinin
heykəli dünyanın bir neçə ölkəsində qoyulmuşdur. Tehran Bələdiyyəsi paytaxtın ən yaxşı
yerində onun heykəlini qoymalıdır.”
İran İslam Respublikasının azəri dilinə xidmətlərindən söz açan imam cümə əlavə edib: “Digər
dillərin heç bir müdaxiləsi olmadan azərilərə məxsus bir lüğətnamə mövcud deyil. Hal-hazırda
xalqın, daxili və xarici alimlərin, tədqiqatçıların əməkdaşlığı və mövcud mənbələrdən istifadə
etməklə azərilərə aid lüğətnamə hazırlanır və yaxın gələcəkdə onun birinci cildinin təqdimatı
olacaq.”

Şərh yaz


Məxfi kod
Yenilə