Cümə axşamı, 17 Yanvar 2019 14:58

Zərif: İranlılar ABŞ-ın super-güc əfsanəsini parçaladılar

Zərif: İranlılar ABŞ-ın super-güc əfsanəsini parçaladılar

İran İslam Respublikasının xarici işlər naziri İranın devrilmiş şahının ölkəni tərk etməsi və nüvə anlaşmasının icraya qoyulmasının üçüncü ildönümündə deyib: İranlılar ABŞ-ın super-güc əfsanəsini darmadağın etdilər.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif çərşənbə günü Tvitter-də yazıb: 40 il öncə belə bir gündə iranlılar ABŞ-ın əlaltısını İran torpaqlarını tərk etməyə məcbur etdilər. Və 3 il öncə də belə bir gündə nüvə anlaşması qüvvəyə mindi və İranı təhlükə kimi qələmə vermək dövrü başa çatdı. 

Zərif həmçinin yazıb: ABŞ-ın ötən 40 ildə İrana qarşı fitnəkarlıqlarına və Vaşinqtonun nüvə anlaşmasından çıxmasına rəğmən iranlılar ABŞ-ın super-güc əfsanəsini darmadağın etdilər. 

Şərh yaz


Məxfi kod
Yenilə