Cümə axşamı, 17 Yanvar 2019 14:08

İraqçı: Tramp ABŞ-ın etimadsız olduğunu sübut etdi

İraqçı: Tramp ABŞ-ın etimadsız olduğunu sübut etdi

İran İslam Respublikası xarici işlər nazirinin müavini çərşənbə günü axşam deyib: ABŞ-ın nüvə anlaşmasından çıxması bu ölkənin etimad edilməyəcək bir ölkə olduğunu göstərdi.

İRNA-nın məlumatına görə, Abbas İraqçı nüvə anlaşmasının qüvvəyə minməsinin üçüncü ildönümü münasibətilə Tvitter-də paylaşdığı yazıda bildirib: Çərşənbə günü İran ilə nüvə anlaşmasının icra edilməsinin 3-cü ildönümü olaraq ABŞ-ın nə qədər etibarsız və etimad olunmayacaq bir ölkə olduğunu nümayiş etdirdi. 

İraqçı bir ABŞ prezidentinin (Barak Obama) bu beynəlxalq anlaşmanı imzaladığını və digər ABŞ prezidentinin (Donald Tramp) ondan çıxdığına işarə edərək, kinayə ilə Trampa ölkəsinin etimad edilməz bir ölkə olduğunu dünyaya sübut etdiyi üçün təşəkkür edib. 

Şərh yaz


Məxfi kod
Yenilə