Çərşənbə axşamı, 15 Yanvar 2019 15:22

İİR Silahlı Qüvvələrinin Baş Qərargah rəisi sabah Azərbaycan Respublikasına səfər edəcək

İİR Silahlı Qüvvələrinin Baş Qərargah rəisi sabah Azərbaycan Respublikasına səfər edəcək

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor pasdar Mohəmməd Baqeri sabah yüksək səviyyəli hərbi nümayəndə heyəti ilə yanaşı Azərbaycan Respublikasının paytaxtı Bakıya səfər edəcək.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin beynəlxalq məsələlər üzrə müavini briqada generalı pasdar Qədir Nezami Bakıda IRIB müxbiri ilə müsahibədə bu xəbəri verərək, deyib: Azərbaycan Respublikası müdafiə nazirinin rəsmi dəvəti ilə həyata keçəcək bu ikigünlük səfərdə general-mayor pasdar Mohəmməd Baqeri və onu müşayiət edəcək heyət Azərbaycan Respublikasının müdafiə naziri ilə görüşüb, müzakirə aparmaqdan əlavə, bu ölkənin prezidenti, baş naziri, milli məclisinin sədri və bəzi rəsmiləri ilə də görüşlər keçirəcəkdir.

Briqada generalı pasdar Qədir Nezami bəzi strateji məsələlər, sərhəd məsələləri, dəniz və quru sahələrində hərbi və müdafiə əməkdaşlıqlarının genişləndirilməsi və iki tərəfi maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsini İranın yüksək səviyyəli hərbi nümayəndə heyətinin Azərbaycan Respublikası rəsmiləri ilə danışıqlarının ən mühüm mehvərləri adlandırıb və belə əlavə edib: Bu səfərdə həmçinin İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə Azərbaycan Respublikasının müdafiə naziri arasında hərbi və müdafiə əməkdaşlıqları barədə anlaşma sənədi imzalanacaqdır.

Şərh yaz


Məxfi kod
Yenilə