Çərşənbə axşamı, 15 Yanvar 2019 11:38

Ruhani amerikalılara: İran xalqı İslam İnqilabının 40-cı ildönümü gününü küçələrdə bayram edəcək

Ruhani amerikalılara: İran xalqı İslam İnqilabının 40-cı ildönümü gününü küçələrdə bayram edəcək

İran İslam Respublikasının prezidenti dünən gecə bundan öncə İran xalqının İslam İnqilabının 40-cı ildönümü gününü görməyəcəyini elan etmiş amerikalı rəsmilərə xitabən deyib: İran xalqı bu il də İslam İnqilabının 40-cı ildönümü gününü küçələrdə bayram edəcəkdir.

Həsən Ruhani İranın Golestan vilayətinin sünni və şiə din alimləri qarşısında qeyd edib ki, İslam İnqilabının qələbəsindən bəri düşmənlər daim müxtəlif fitnələrlə İslam İnqilabına və İran xalqına zərbə vurmaq niyyətində olublar ki, İran xalqının agahlığı və sayıqlığı ilə onların bütün planları alt-üst olubdur.

İran İslam Respublikasının prezidenti vurğulayıb ki, qurtuluş, qələbə və uğur Böyük Peyğəmbər(s.ə.s)-in yolunu getmək sayəsində müyəssərdir. O, deyib: İran xalqı daim müqavimətlə düşmənləri məğlub edibdir.

Şərh yaz


Məxfi kod
Yenilə