Çərşənbə axşamı, 15 Yanvar 2019 10:17

Nuri əl-Maliki Zəriflə görüşüb

Nuri əl-Maliki Zəriflə görüşüb

İraqlı şəxsiyyətlərin İran İslam Respublikasının xarici işlər naziri ilə görüşlərinin davamında İraqda əl-Dəvət partiyasının sədri və bu ölkənin keçmiş baş naziri Nuri əl-Maliki dünən gecə İranın Bağdaddakı səfirliyinə gələrək, Məhəmməd Cavad Zəriflə görüşübdür.

Zərif və əl-Maliki bu görüşdə ikitərəfli əlaqələr və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Dünən axşamçağı da İraqda əl-Vətəniyyə koalisiyasının lideri və bu ölkənin keçmiş baş naziri Əyad Əlavi və İraqın keçmiş parlament sədri Səlim əl-Cəburi İran İslam Respublikasının Bağdaddakı səfirliyinə gələrək, Məhəmməd Cavad Zəriflə görüşmüşdülər.

İran İslam Respublikasının xarici işlər naziri iraqlı rəsmilər ilə görüşmək və iki ölkənin özəl sektorlarının iqtisadi fəallarının Bağdad, Suleymaniyyə və Kərbəlada keçirilən üç ticarət toplantısında iştirak məqsədilə bazar günü İraqa daxil olubdur.

Şərh yaz


Məxfi kod
Yenilə