Şənbə, 12 Yanvar 2019 10:01

Zərif ABŞ-ın növbəti anti-İran tamaşasına reaksiya verdi

Zərif ABŞ-ın növbəti anti-İran tamaşasına reaksiya verdi

İran İslam Respublikası xarici işlər naziri dünən gecə Amerikanın Polşa paytaxtı Varşavada anti-İran iclasın keçirilməsinə dair planına reaksiya əlaməti olaraq Tvitterdə yazıb: Amerikanın sonuncu anti-İran tamaşasında iştirak edənlər ya ölüblər ya abırsız olublar ya da kənara atılıblar.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif İranın həmişəkindən daha güclü olduğunu vurğulayıb. 

İİR XİN başçısı Varşavanın anti-İran iclasa ev sahibliyi etməsini qınayaraq bildirib: Polşa dövləti bu xəcalətdən qurtara bilməyəcək; ikinci dünya müharibəsində İranın polşalıları xilas etdiyi bir halda bu ölkə bu gün İrana qarşı nəticəsiz sirkə ev sahibliyi edir. 

Zərif öz tvittinə bir foto şəkildə əlavə edib. Həmin fotoda ABŞ-ın keçmiş prezidenti sionist rejimin ölmüş başçısı Şimon Pres və Misirin devrilmiş diktatoru Hüsni Mubarəkin kənarındadır. 

İranın xarici işlər naziri həmçinin ikinci dünya müharibəsində İrana pənah gətirən polşalı didərginlərin şəkilləri və onların tarixi statistikasını da yayıb. 

ABŞ-ın dövlət katibi Mayk Pompeo dünən bir açıqlamada Amerikanın 13-14 fevralda Varşavada bir anti-İran iclas keçirmək planından xəbər verib. 

Bu hərəkət də Amerikanın nəticəsiz iranofobiya siyasətinin davamında baş verir. 

Şərh yaz


Məxfi kod
Yenilə