Çərşənbə axşamı, 08 Yanvar 2019 11:31

General Vəhidi: Müqavimət diskursiyası region ölkələrinin nicat yoludur

General Vəhidi: Müqavimət diskursiyası region ölkələrinin nicat yoludur

İranın Ali Milli Müdafiə Universitetinin rəisi deyib: Müqavimət cəbhəsinin qələbələrindən aydın olur ki, müqavimət diskursiyası region ölkələrinin nicat yoludur.

General Əhməd Vəhidi bazar ertəsi günü axşam İranın ikinci telekanalının xüsusi xəbər buraxılışında Amerikalılar və Suriyadakı terrorçuların himayədarlarının Suriya ilə bağlı bütün planlarının iflasa uğramasına işarə edərək, deyib: Amerikalılar hazırda da İŞİD ilə əlaqəyə malikdirlər və onların qərargahları Amerikalıların qərargahının yaxınlığındadır. 

İranın Ali Milli Müdafiə Universitetinin rəisi Amerikalıalrın Suriyadan çıxmağa dair qərarına işarə edərək, deyib: Suriyada amerikalıların vəziyyəti çox pisdir və onlar tələyə düşüblər. Onlar yanlış hesablamaları ilə Suriyada bazaya malik olmaqla bu ölkədə təsir gücünə malik olacaqlarını təsəvvür etsələr də, heç bir təsirə malik ola bilməyiblər. 

General Vəhidi söhbətinin davamında Yəmən hadisələrinə də işarə edib və Ərəbistanın bu ölkəyə hücum etməsinin əsas məqsədlərinə toxunub və deyib: Yəmənlilər müstəqillik istəyirlər. Asılı olmaq istəmirlər. Ərəbistan ardıcıl olaraq Yəməndə uğursuzluğa düçar olub. Buna görə də sülh müzakirələrindən başqa çıxış yolu yox idi. Müzakirələrin nəticəsi isə müqavimət cəbhəsinin zəncirvari qələbələrinin davamı oldu. 

Şərh yaz


Məxfi kod
Yenilə