Çərşənbə axşamı, 08 Yanvar 2019 10:59

Laricani: İran İslam Respublikasının başlıca prioriteti müqavimət iqtisadiyyatı və ixracatdır

Laricani: İran İslam Respublikasının başlıca prioriteti müqavimət iqtisadiyyatı və ixracatdır

İran İslam Şurası Məclisinin sədri deyib: İran İslam Respublikası ABŞ-ın sanksiyalarını zərərsizləşdirmək üçün yerli istehsalı, müqavimət iqtisadiyyatını və ixracatı özünün əsas prioritetlərindən qərar verib.

İRİB-nin verdiyi məlumata görə, Əli Laricani bazar ertəsi günü axşam İranın qərbində, Kermanşah vilayətində yeni fürsətlərin tanıtdırılması seminarında deyib: Yerli məhsulların istehsalı və ixracatı həcmi hazırkı sanksiyalar dövründə daha da artırılmalıdır. 

İran İslam Şurası Məclisinin sədri Kermanşah vilayətinin İraq ilə 400 kilometrlik quru sərhədinə malik olduğuna işarə edərək, deyib: Kermanşah vilayəti həm istehsal həm də ixracat sahəsində münasib imkanlara malik olmasına görə yaxşı inkişafın şahidi ola bilər. 

Laricani əlavə edib: Son aylarda İraq rəsmiləri ilə çox yaxşı müzakirələrimiz olub və onlar da bizim məhsullarımıza ehtiyaclıdırlar. Buna görə də yerli məhsullarının bu İraqa ixrac edilməsi həm İran həm də Kermanşah vilayəti üçün çox yaxşı fürsət ola bilər. 

Şərh yaz


Məxfi kod
Yenilə