Bazar, 16 Dekabr 2018 22:03

"İran Air"in icraçı müdiri: Sanksiyalara rəğmən "İran Air"in uçuşları davam edir

"İran Air"in icraçı müdiri: Sanksiyalara rəğmən "İran Air"in uçuşları davam edir

İran İslam Respublikası Hava Yolları Şirkətinin icraçı müdiri deyib: Məhdudiyyətlərə və sanksiyalara baxmayaraq, İran Air şirkəti müxtəlif istiqamətlərdə öz uçuşlarını davam etdirir.

İRNA-nın məlumatına görə, Fərzanə Şərəfyafi bazar günü axşam Tehranda keçirilən üçüncü beynəlxalq nəqliyyat sərgisində deyib: İran illərdir ki, ABŞ-ın sanksiyalarına məruzdur və indi də sanksiyalara rəğmən İran Air müxtəlif istiqamətlərdə uçuşlar üçün şərait yaratması ilə yanaşı, bütün təyyarələrini də yerli imkanlar hesabına təmir edib. 

İran Air şirkəti Yaxın Şərqdə fəaliyyət göstərən ən qədim hava yolları şirkətlərindən biridir. Və hazırda 40 daxili və beynəlxalq marşrut üzrə uçuş həyata keçirir. 

Şərh yaz


Məxfi kod
Yenilə