Bazar, 16 Dekabr 2018 19:55

Səudiyyə koalisiyasının hücumlarında 4 yəmənli həyatını itirib

Səudiyyə koalisiyasının hücumlarında 4 yəmənli həyatını itirib

Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın Yəmənin müxtəlif məntəqələrinə olan hücumları zamanı ikisi uşaq olmaqla 4 nəfər həyatını itirib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Səudiyyə muzdluları Yəmənin müxtəlif məntəqələrini ağır artilleriya ilə atəşə tutaraq, xeyli zərər və ziyan  yetiriblər.

Səudiyyə koalisiyasının Yəmənə olan hücumları İsveçrədə cərəyan edən Yəmən sülh müzakirələrində atəşkəslə bağlı anlaşmanın əldə edilməsinə rəğmən davam edir.

Ərəbistan və müttəfiqlərinin Yəmənə olan hücumlarında indiyə kimi on minlərlə insan həlak olub, milyonlarla insan didərgin düşüb.

Şərh yaz


Məxfi kod
Yenilə