Bazar, 16 Dekabr 2018 17:09

İran Pakistanın Bəluçestan vilayətindəki terror aktını qınadı

İran Pakistanın Bəluçestan vilayətindəki terror aktını qınadı

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Pakistanın Bəluçestan vilayətindəki bir sərhəd postuna edilən terror hücumunu qınadı.

İRNA-nın məlumatına görə, Bəhram Qasımi Pakistan dövləti, xalqı və hadisə qurbanlarının yaxınlarının kədərini bölüşərək, İran İslam Respublikasının terrorizm əleyhinə birgə mübarizəyə hazır olduğunu bildirib. 

Pakistanın Xarici İşlər Nazirliyinin rəsmiləri şənbə günü axşam İran İslam Respublikasının İslamabaddakı səfiri ilə görüşdə iki ölkə sərhədlərindəki nəhs terrorizm fenomeni ilə mübarizədə birgə əməkdaşlığın edilməsini istəyiblər. 

Bu görüşdə tərəflər iki ölkə sərhədlərində təhlükəsizliyin təmin edilməsi üzrə təsirli mexanizmlər haqda fikir mübadiləsi aparıblar. 

Cümə günü axşam Pakistanın Bəluçestan vilayətində bir sərhəd postuna edilən hücumda 6 Pakistan hərbçisi həlak olub, 14 nəfər də xəsarət alıb. 

Şərh yaz


Məxfi kod
Yenilə