Şənbə, 15 Dekabr 2018 22:03

Zərif Qətərin Xİ naziri ilə görüşüb

Zərif Qətərin Xİ naziri ilə görüşüb

İran İslam Respublikasının xarici işlər naziri Doha iclasının kənarında Qətərin xarici işlər naziri ilə görüşüb.

İRNA-nın verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif və Məhəmməd Bini Əbdürrəhman Ali Sani Doha iclasının kənarında görüşərək, ikitərəfli əlaqələr habelə, region və dünyanın mühüm məsələlərini müzakirə ediblər. 

Beynəlxalq Doha İclası region və dünyanın təhlükəsizlik məsələlərini müzakirə etmək üçün 15-16 dekabrda Qətərin paytaxtında keçirilir. 

BMT-nin baş katibi Antonio Quterreş də bu iclasa qatılmalıdır. 

Şərh yaz


Məxfi kod
Yenilə