Bazar ertəsi, 10 Dekabr 2018 22:16

İran; 10-cu ən iri polad istehsalçısı

İran; 10-cu ən iri polad istehsalçısı

İranın Polad Cəmiyyətinin sədri İran İslam Respublikasının daha iki pillə yüksələrək, dünyanın 10-cu ən iri polad istehsalçısına çevrildiyini deyib.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Bəhram Sübhani bazar ertəsi günü Polad Cəmiyyətinin iclasında İranın regionda ən iri polad istehsalçısı olduğunu deyərək, bildirib: Dünya üzrə polad istehsalçıları arasnda İran 10-cu pilləyə yüksəlib. 

Dünya Polad Cəmiyyətinin hesabatına əsasən İran cari ilin ötən 10 ayında polad istehsalını 19% artırıb. 

Bu hesabata görə, İran yanvar ayından bəri 20 milyon 590 min ton xam polad istehsal edib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 milyon 304 min ton daha çoxdur. 

Çin, Hindistan, Yaponiya, Amerika və Cənubi Koreya dünyanın ilk 5 ən iri polad istehsalçılarıdırlar. 

Şərh yaz


Məxfi kod
Yenilə