Bazar ertəsi, 26 Noyabr 2018 18:58

İranın müdafiə naziri: Amerika bu gün daha artıq fəlakətə uğrayıbdır

İranın müdafiə naziri: Amerika bu gün daha artıq fəlakətə uğrayıbdır

İranın müdafiə naziri deyib: Amerika bu gün fəlakətə uğramış bir Amerikaya çevrilibdir.

İranın müdafiə naziri briqada generalı Əmir Hatəmi doqquzuncu Kiş hava və aviasiya sərgisinin açılış mərasimində Amerikanın imperialist siyasətinə və beynəlxalq səhnədəki məsuliyyətsiz hərəkətlərinə, eləcə də amerikalıların beynəxalq sülh və təhlükəsizliyə laqeyd yanaşmaq üzrə ardıcıl səhvlərinə işarə edərək, vurğulayıb: Amerika bu gün fəlakətə uğramış bir Amerikaya çevrilibdir.

Briqada generalı Əmir Hatəmi vurğulayıb: İran xalqı qırx il bundan öncə Amerikanı İrandan çıxardı.

 

İranın müdafiə naziri belə qeyd edib: İran möhkəm, başıuca və özünəinamla Amerikanın qarşısında dayanıb və onlar İran xalqına qarşı zalımcasına sanksiya ilə öz heysiyyətlərinə xələl gətiriblər.

Doqquzuncu hava və aviasiya sərgisi noyabrın 26-dan etibarən, üç gün müddətinə İranın Kiş məntəqəsində keçirilir. Sərgidə daxildən, eləcə də Çin, Rusiya, İndoneziya, Pakistan və Azərbaycan Respublikası daxil olmaqla xarici ölkələrdən olan istehsalçılar iştirak edirlər.

Media

Şərh yaz


Məxfi kod
Yenilə