Çərşənbə axşamı, 20 Noyabr 2018 10:47

İranın təhlükəsizlik naziri: Təhlükəsizlik yaratmaq üçün bir kəsdən çəkinmirik

İranın təhlükəsizlik naziri: Təhlükəsizlik yaratmaq üçün bir kəsdən çəkinmirik

İranın təhlükəsizlik naziri bildirib ki, İran səviyyəsində qənaətbəxş bir təhlükəsizlik hökm sürür. O, deyib ki, Təhlükəsizlik yaratmaq üçün bir kəsdən çəkinmirik.

İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi IRNA ilə müsahibədə bildirib ki, dünya İran İslam Respulikasındakı sabit təhlükəsizliyi etiraf edir. O, əlavə edib: Xalqın və məsul şəxslərin birliyi və həmrəyliyi indiyədək düşmənlərin fitnələrini uğursuz qoyubdur.

İranın təhlükəsizlik naziri birliyi və həmrəyliyi təhlükəsizliyin qorunmasının yeganə yolu adlandırıb və vurğulayıb ki, dövlət təhlükəsizliyin təmin edilməsini özünün əsas vəzifələrindən bilir.

Düşmənlərin İranı təhlükəli göstərməyə çalışmalarına toxunan Seyid Mahmud Ələvi deyib: Hər il yüzlərlə terror dəstəsi aşkar və məhv edilir və cari ildə də indiyədək 300-dən yuxarı terror əməliyyatı aşkar edilərək, zərərsizləşdirilibdir.

Şərh yaz


Məxfi kod
Yenilə