Çərşənbə axşamı, 20 Noyabr 2018 10:10

Ruhani: Dövlət xalqın köməyi ilə İranın tərəqqisi ardıncadır

Ruhani: Dövlət xalqın köməyi ilə İranın tərəqqisi ardıncadır

İran İslam Respublikasının prezidenti dövlətin proqramlarının xalqın ehtiyacından irəli gəldiyini bildirib. Deyib ki, dövlət xalqın köməyi ilə İranın tərəqqisi və başıucalığı ardıncadır.

Həsən Ruhani İranın Qərbi Azərbaycan vilayətinin dini, siyasi, mədəni, elmi və iqtisadi nümayəndələrinin qarşısında deyib: Bu gün təkcə dövlətin sınanması günü deyil, həm də İran xalqının sınanması günüdür. Ümid edirik ki, Allaha təvəkküllə və Böyük İnqilab Rəhbərinin istiqamətləndirmələri ilə bu tarixi sınaqdan başıuca çıxacağıq.

Prezident əlavə edib: Qərbi Azərbaycan vilayətində ixracat rövnəqi və inkişafı üçün lazımı fəaliyyət mövcuddur və İranın qonşu ölkələrlə, xüsusən Qərbi Azərbaycan vilayəti ilə sərhəd olan qonşularla səmimi əlaqələri vilayətin və İranın rövnəqi üçün bir fürsətə çevriləcək.

İranın İraq, Türkiyə və Azərbaycan Respublikası ilə qədim əlaqələrinə toxunan Ruhani deyib: İranın qonşuları ilə əlaqələri bu günə və sabaha aid deyil. Dini, etnik və dil bağlılıqları region ölkələrinin taleyini bir-birinə bağlayıbdır.

O, İranın səhiyyə və müalicə sahələrindəki mütəxəssis insan qüvvəsinə, həmçinin texniki infrastrukturlara işarə edib. Ruhani bu sahələri regionda və dünyad sağlamlıq turizminin genişləndirilməsi üzrə münasib zəmin adlandırıb.

Şərh yaz


Məxfi kod
Yenilə