Bazar ertəsi, 19 Noyabr 2018 20:15

İran və İngiltərənin xarici işlər nazirləri Tehranda görüşüblər

İran və İngiltərənin xarici işlər nazirləri Tehranda görüşüblər

İran və İngiltərənin xarici işlər nazirləri ən mühüm regional məsələlər, o sıradan Yəməndə savaşa son qoyulmasının sürətləndirilməsi vacibliyi, eləcə də digər cari olaylar barədə danışıblar.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və İngiltərənin xarici işlər naziri Cermi Hant bu gün Tehranda həmçinin nüvə anlaşması çərçivəsində iqtisadi və ticari əlaqələrin irəlilədilməsi üzrə "SPV" adlandırılan Avropa maliyyə mexanizmi ilə bağlı məsələlər daxil olmaqla ikitərəfli münasibət və əlaqələr üzrə müxtəlif sahələri nəzərdən keçiriblər.

Cermi Hant İranın xarici işlər naziri ilə görüşdən sonra İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani ilə də danışacaqdır.

Bu, Cermi Hantın İngiltərənin xarici işlər naziri olduqdan sonra Tehrana ilk səfəridir. Bu səfər ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsinin tətbiqindən sonra həyata keçirilir.

Şərh yaz


Məxfi kod
Yenilə