Bazar ertəsi, 12 Noyabr 2018 10:07

İran və Türkiyənin sərhəd əməkdaşlığı

İran və Türkiyənin sərhəd əməkdaşlığı

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin sərhəd komandanı İran-Türkiyə sərhəd anlaşmalarını müsbət adlandırıb.

Türkiyə jandarmeriyasının komandanı ilə görüş məqsədilə Ankaraya səfər etmiş İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin sərhəd komandanı general pasdar Qasem Rezayi deyib: İran və Türkiyə yüzlərlə kilometr birgə sərhədə malikdirlər və iki ölkənin sərhəd məntəqələri sakinlərinin ortaqlıqlarına əsasən, sərhəd əlaqələri daha da genişləndirilməlidir.

Qasem Rezayi əlavə edib: İran və Türkiyənin daxili işlər nazirləri arasındakı razılaşmaya əsasən, iki ölkə sərhədlərinin təhlükəsizliyinin qorunması kimi, İranın sərhəd komandanı ilə Türkiyə jandarmeriyasının komandanı arasındakı əlaqələrin genişləndirilməsi nəzərdə tutulub və sərhədçilərin anlaşmaları gücləndirilməlidir.

İranın sərhəd komandanının sözlərinə görə, iki ölkənin sərhədçiləri informasiya mübadiləsi, silah, natkotik maddə və əmtəə mal qaçaqmalçılığı, həmçinin insan alveri ilə mübarizə sahələrində həmkarlıq edirlər.

İran və Türkiyə 566 kilometrlik müştərək sərhədə malikdirlər və İranın Qərbi Azərbaycan vilayəti Türkiyənin Ağrı, İğdır, Van və Hakkari əyalətləri ilə həmsərhəddir.

Şərh yaz


Məxfi kod
Yenilə