Çərşənbə, 17 Oktyabr 2018 11:07

İran nefti bahalaşdı; ABŞ-ın neft ehtiyatları azalıb

İran nefti bahalaşdı; ABŞ-ın neft ehtiyatları azalıb

Dünya bazarında İran neftinin bahalaşıb. Ər-Riyad və Vaşinqton arasındakı çəkişmələr neftin daha da bahalaşmasına səbəb ola bilər.

Sin Xua-nın verdiyi məlumata görə, ABŞ-ın Neft İnstitutu çərşənbə axşamı ABŞ-ın xam neft ehtiyatları həcminin ötən həftə 2.10 milyon barel azaldığını bildirib. Bu institut ötən həftə ABŞ-ın xam neft ehtiyatının həcmini 9.75 milyon barel elan etmişdi. 

Sərmayə sahiblərinin ABŞ-ın İrana qarşı sanksiyalarından nigaran olduqları və Ali-Səudun tənqidçilərindən olan Ərəbistanlı jurnalist Camal Qaşıqçının İstanbulda şübhəli şəkildə yoxa çıxmasının ardınca Vaşinqton və Ər-Riyad arasında gərginliyin yüksəlməyə başladığı bir zamanda, dünya bazarında neftin qiymətindəki artım davam edir. 

Nyu-York birjasında ABŞ-ın yüngül şirin neftinin qiyməti 0.14 dollar artaraq, hər bir barel üçün 71.92 dollara çatıb. Berent neftinin qiyməti də 0.63 dollarlıq artım ilə hər bir barel üçün 81.41 dollara yüksəlib. 

"Oil Price" internet portalının verdiyi məlumata görə, neftin qiymətindəki bahalaşma İranın neft ixracatındakı azalmaya rəğmən, gəlir əldə etməsinə səbəb olub. 

İran İslam Respublikası prezidentinin birinci müavini İshaq Cahangiri bu barədə deyib: Neftin qiymətindəki artım sayəsində İranın ixrac etdiyi neftin həcmindəki azalmaya rəğmən, Tehran neft satışından əlavə gəlir əldə etməkdədir. 

Cahangiri deyib: "Vaşinqton Ərəbistanın neft bazarındakı boşluğu doldura biləcəyini düşünür. Amma, hal hazırda İranneftinin qiyməti hər barel üçün 80 dolları ötüb. Və İranın neft ixracatının yarıya qədər azalmasına baxmayaraq, Tehran hələ də neftən öncəki qədər gəlir götürməkdədir. Bu arada İran yeni neft alıcıları da tapıb. İran həmçinin,  öz ənənəvi müştəriləri ilə danışıqlar apararaq, əməkdaşlıqların davam etdirilməsi üçün çıxış yolu ardıncadır. Digər tərəfdən sanksiyalara məruz qalan ölkələrin dolayı yollar ardınca olması təbii məsələdir."

Jurnalist Camal Qaşıqçının İstanbulda Ərəbistanın baş konsulluğuna müraciət etdikdən sonra şübhəli şəkildə yoxa çıxması və ya qətlə yetirilməsi hadisəsinin arxasında Ərəbistan hökumətinin durmasına dair fərziyyələrin möhkəmlənməsinin ardınca, ötən bir neçə gündə dünya bazarında neftin qiymətində bahalaşma müşahidə olunmağa başlayıb. Qaşıqçı olayı Ər-Riyad ilə Vaşinqton əlaqələrində gərginliyə səbəb olub. 

Şərh yaz


Məxfi kod
Yenilə