Çərşənbə, 17 Oktyabr 2018 10:46

Əhvaz terror aktının baş plançısı İraqın Diyalə vilayətində öldürülüb

Əhvaz terror aktının baş plançısı İraqın Diyalə vilayətində öldürülüb

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın mətbuat xidmətinin verdiyi məlumata görə, İranın cənub-qərbində, Əhvaz şəhərində törədilən terror aktının "beyni" sayılan "Əbu Zəhi" adlı terrorçu müqavimət qüvvələrinin İraqın Diyalə vilayətində həyata keçirdikləri əməliyyat zamanı öldürülüb.

Sepah-ın mətbuat xidmətindən verilən məlumata görə, müqavimət qüvvələri çərşənbə axşamı səhər saatlarında İraqın Diyalə vilayətində qəfil əməliyyat həyata keçirərək, Əhvaz terror aktını planlayan şəxsi öldürüblər. Bu əməliyyatda Əbu Zəhi ilə yanaşı daha 4 terrorçu zərərsizləşdirilib. 

22 sentyabrda İranın Əhvaz şəhərində silahlı qüvvələrin hərbi paradı zamanı terrorçular parad iştirakçıları və parada tamaşa edən əhaliyə doğru atəş açaraq, 25 nəfəri şəhid etmiş, 60 nəfəri isə yaralamışdılar. 

Şərh yaz


Məxfi kod
Yenilə