Çərşənbə, 10 Oktyabr 2018 09:26

İranın elmlər naziri Kioto iqlim dəyişiklikləri iclasında çıxış edib

İranın elmlər naziri Kioto iqlim dəyişiklikləri iclasında çıxış edib

İran İslam Respublikasının elmlər, tədqiqat və texnologiyalar naziri Yaponiyanın Kioto şəhərində keçirilən 15-ci "elm və texnologiya ictimaiyyətdə" iclasında çıxış edərək, iqlim dəyişikliklərindən danışıb.

İRİB-nin verdiyi məlumata görə, Mənsur Qulami bu iclasda etdiyi çıxışında iqlim dəyişiklikləri ilə bağlı bəzi danılmaz faktlara o cümlədən insan fəaliyyəti və kənd təsərrüfatı üzündən yaranan toz dumanlarına, yağıntıların zamanında dəyişikliyin baş verməsi və müddətinin azalmasına, havanın temperaturunun yüksəlməsinə və su səthinin azalmasına işarə edib. 

İranın elmlər, tədqiqat və texnologiyalar naziri iqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün təcrübə mübadiləsinin vacibliyinə işarə edərək, təbiət və ekologiya ilə dost metodlardan istifadənin zəruruliyini vurğulayıb. 

Şərh yaz


Məxfi kod
Yenilə