Çərşənbə axşamı, 25 Sentyabr 2018 15:03

İran Ofcom-a şikayət etdi

İran Ofcom-a şikayət etdi

İranın Londondakı səfirliyi "Iran International" telekanalının terrorçu Əl-Əhvaziyyə qrupunun sözçüsü ilə müsahibəni yayımlamaqdakı qeyri-qanuni hərəkətinin araşdırılması ilə əlaqədar rəsmi şikayət tənzimləyərək Britaniyanın mediyaya nəzarət təşkilatı olan Ofcom-a təqdim edib.

İRNA-nın verdiyi məlumata görə, İranın Londondakı səfiri Həmin Bəidinejad sözü gedən şikayətdən əlavə ayrıca müraciətdə Britaniya hökumətindən Əl-Əhvaziyyə terror qrupunun üzvlərini müəyyənləşdirərək onların fəaliyyətini qadağan etməsini və onları bu ölkədən qovmasını istəyib. 

 Londonda fəaliyyət göstərən Iran International telekanalı vaxtı ilə terrorçu münafiqlər qruplaşmasının toplantısını da canlı şəkildə yayımlamışdı. Bu telekanal Səudiyyə Ərəbistanı tərəfindən maliyələşir.

Şərh yaz


Məxfi kod
Yenilə