Çərşənbə axşamı, 25 Sentyabr 2018 14:23

4+1 İranla əlaqələrin genişləndirilməsini vurğulayıb

4+1 İranla əlaqələrin genişləndirilməsini vurğulayıb

İran və 4+1 qrupunun xarici işlər nazirləri bir bəyanatda Əhatəli Müştərək Təşəbbüs Proqramının o cümlədən iqtisadi sahədə və sanksiyaların aradan qaldırılması istiqamətində tam şəkildə icrasına sadiq qaldıqlarını vurğulayıblar.

İRİB-in verdiyi məlumata görə, İran, Fransa, Rusiya, Çin, Britaniya və Almaniya xarici işlər nazirlərinin dünən gecə Nyu-Yorkda BMT baş assambleyasının sessiyasının kənarında keçirdikləri iclasın sonunda yayılan bəyanatda deyilir: İrana qarşı sanksiyaların aradan qaldırılması və İranın iqtisadi mənafedən faydalanması ƏMTP-nin ən əsas hissəsini təşkil edir. 

Bəyanatda ABŞ-ın ƏMTP-ni tərk etməsi barədə təəssüf ifadə olunaraq İranla əlaqələrin daha geniş miqyasda davam etdirilməsi, İranla qarşılıqlı əlaqələr üçün təsirli maliyyə yollarının davam etməsi və neft və neft məmulatlarının ixracatının davamına təkid edilib. 

İran və 4+1 ölkələrinin xarici işlər nazirləri İrana ixracat və İrandan neft idxalının pulunun ödənilməsi üçün xüsusi sistemin yaradılması üçün konkret təklifləri müsbət qarşıladıqlarını bildiriblər. 

ƏMTP üzvləri digər ölkələri də İranla iqtisadi əlaqələrində oxşar maliyyə sistemləri yaratmağa çağırıblar. 

İranın xarici işlər naziri və 4+1 qrupunun üzvləri həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin dalbadal yaydını 12 hesabatda İranın öz üzərinə götürdüyü nüvə öhdəliklərini tamamiylə yerinə yetirmiş olduğunu təsdiqləyən hesabatlarını vurğulayaraq ƏMTP nüvə əməkdaşlıqları çərçivəsindəki layihələri dəstəklədiklərini təkrar elan ediblər.

Şərh yaz


Məxfi kod
Yenilə