Çərşənbə axşamı, 25 Sentyabr 2018 10:08

Ruhani Ərdoğanla görüşündə türkiyəli investorların fəaliyyətini müsbət qarşılayıb

Ruhani Ərdoğanla görüşündə türkiyəli investorların fəaliyyətini müsbət qarşılayıb

İran İslam Respublikası prezidenti dünən Nyu-Yorkda Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə görüşündə iki ölkə arasında geniş razılaşmaların icra edilməsinin sürətləndirilməsini zəruri hesab edib və bildirib ki, İran öz layihələrinin icrasında Türkiyə şirkətləri və investorlarının iştirakını müsbət qarşılayır.

Həsən Ruhani həmçinin Türkiyə dövlətinin Əhvaz terror aktında bir qrum İran vətəndaşının şəhid olması münasibəti ilə başsağlığı müraciətinə görə öz təşəkkürünü bildirərək deyib: Bu hadisələr terrorizm mövzusu qarşısında daha ciddi səylərin vacibliyini göstərir. 

Ruhani İran, Türkiyə və Rusiyanın Suriya mövzusundakı əməkdaşlıqlarını son dərəcə əhəmiyyətli adlandıraraq deyib: İran üçtərəfli prosses çərçivəsində Suriya xüsusiylə İdlib məsələsinin həllinə kömək etməyə hazırdır. 

Bu görüşdə Türkiyə prezidenti Əhvazdakı son terror aktında bir qrup İran vətəndaşının şəhid olmasına görə dərindən təəssüfləndiyini bildirərək deyib: Artın dünya terrorizm fenomeni ilə deyil, terrorçu dövlətlərlə qarşı-qarşıyadır. 

Şərh yaz


Məxfi kod
Yenilə