Çərşənbə axşamı, 25 Sentyabr 2018 09:17

Ruhani: Tramp ilə görüş proqramım yoxdur

Ruhani: Tramp ilə görüş proqramım yoxdur

İran İslam Respublikası prezidenti NBC telekanalına verdiyi açıqlamada deyib: Nyu-Yorka səfərdə ABŞ prezidenti ilə görüş proqramım yoxdur.

Birləşmiş Mİllətlər Təşkilatının baş assambleyasının 73-cü sessiyasında iştirak üçün Nyu-Yorka səfər edən İran İslam Respublikası prezidenti dünən NBC telekanalına verdiyi müsahibədə deyib: Tramp kimi birisi, müzakirə, danışıq və əlaqələrdə inkişafla maraqlanırsa sanksiya və təhdid vasitəsindən istifadə etməməlidir, bir dövlət bütün imkanlarını başqa bir dövlətə qarşı yönəldirsə , bu o deməkdir ki, məsələlərin həlli üçün lazımı iradəyə malik deyil.

ABŞ prezidenti deyib: ABŞ beynəlxalq qanunlara zidd olaraq Əhatəli Meştərək Təşəbbüs Proqramından çıxdı və Təhlükəsilzik Şurasının icrası lazım olan 2231 saylı qətnaməsini pozdu amma biz İranın ƏMTP-dəki mənafeyi qalan 5 ölkə tərəfindən təmin olunduqca ƏMTP-də qalacağıq. 

İİR prezidenti sanksiyaların İran iqtisadiyyaına təsiri barədə verilən suala cavabda deyib: Sanksiya bir tərəfdən xalqımıza qarşı təzyiq olub amma digər tərəfdən ixracat şəraitini yaxşılaşdırıb 

Ruhani ABŞ dövlətinin terrorizm barədə illik hesabatı və həmin hesabatda İranı terrorizmə dəstək verməkdə ittihamlarndırması barədə deyib: Şənbə günü Əhvazda baş verən terror aktı Amerika üçün ən yaxşı cavabdır və göstərir ki, İran Vaşinqtonun əks təbliğatlarına rəğmən regionda terrorizmin ən əsas qurbanıdır. 

Ruhani deyib: Yəməndə, İraqda və Suriyada terrorçuların insanları onun silahı ilə qırğın etdikləri bir ölkə terrorizm ilə mübarizə iddiasına ola bilməz. 

İİR prezidenti Amerikanın raket proqramı, sülh məramlı nüvə proqramı və İranın regional roluna görə ƏMTP-dən çıxmış olması iddiasını rədd edərək deyib: Amerika mülkiyə qarşı nüvə silahından istifadə edən yeganə dövlət olaraq və yüzlərlə nüvə başlığına malik olan sionis rejimə dəstək verərək daima müxtəlif bəhanələrlə İran xalqına təzyiq göstərmək niyyətindədir.

Şərh yaz


Məxfi kod
Yenilə