Bazar ertəsi, 24 Sentyabr 2018 20:46

Şəmxani: Terrorizm islami ölkələrin inkişafı yolunda böyük bir maneədir

Şəmxani: Terrorizm islami ölkələrin inkişafı yolunda böyük bir maneədir

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi vurğulayıb: Terrorizm xətəri və onun kökləri, o cümlədən bəzi region ölkələri tərəfindən yayılan təkfirçilik təfəkkürü bütün regionu böhranla üzləşdirib və islami ölkələrin inkişafı yolunda böyük bir maneədir.

Əli Şəmxani bu gün Tehranda Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov ilə görüşdə ABŞ və sionist rejimin qonşu ölkələr arasında ixtilaf salmaq üzrə siyasətlərini pisləyib və belə qeyd edib: Sayıqlığın qorunması, həmçinin səmərəli danışıqlar və anlaşmaların artırılması ilə bədxahların region ölkələri arasında bədbinlik və ixtilaf salmaq üzrə təxribatçı səyləri zərərsizləşdirilməlidir.

Amerikanın sanksiyalarının qanunsuz olduğuna və onun Donald Trampın müxalif ölkələrdən şəxsi intiqamalma vasitəsinə çevrildiyinə toxunan Şəmxani əlavə edib: Bu hərəkətlər nəinki təsirli olmayacaq, əksinə Amerikanın dünya ictimaiyyətində daha artıq təcrid olmasına səbəb olacaqdır.

İki ölkə sərhədlərinin sülh və dostluq sərhədləri olduğunu qeyd edən İran Milli Təhlükəsizlik Ali Şurasının katibi söyləyib: Xüsusən müxtəlif iqtisadi sektorlar üzrə hərtərəfli əlaqələrdə sıçrayışın yaradılması üçün bütün zəmin və imkanlar mövcuddur.

Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov da bu görüşdə Əhvaz terror hücumunu pisləyərək, deyib: Terrorçu və təkfirçi qrupların hərəkətlərindən irəli gələn müştərək təhdidlərə əsasən, Bakı ehtimal olunan təhdidlərlə mübarizə sahəsində İran İslam Respublikasının təcrübələrindən istifadəyə maraqlıdır.

O, həmçinin deyib: Azərbaycan Respublikası İranla hərtərəfli anlaşmalar və həmkarlıqların artırılmasını istəyir və bu yolda irəli sürülən təşəbbüs və təklifləri alqışlayır.

Şərh yaz


Məxfi kod
Yenilə