Bazar ertəsi, 24 Sentyabr 2018 16:52

Ələvi: İslami İran bəşəriyyətə zidd cinayətlərin yeri deyil

Ələvi: İslami İran bəşəriyyətə zidd cinayətlərin yeri deyil

Əhvaz terror hücumu şəhidlərinin dəfn mərasimi ölkə və ordu başçılarının iştirakı ilə bu gün səhər Əhvazda keçirilib. Əhvaz terror hücumuna toxunan İranın təhlükəsizlik naziri deyib: İran İslam Respublikası bəşəriyyətə zidd cinayətlərin yeri deyil və tezliklə bu cinayətin amilləri cəzalandırılacaqlar.

İranın təhlükəsizlik naziri Seyyed Məhmud Ələvi bu gün Əhvaz terror hücumu şəhidlərinin dəfn mərasimində Xuzistan əhalisinin Müqəddəs Müdafiə dövründə bəəs rejiminin cinayətləri qarşısındakı müqavimətinə işarə edərək, deyib: İran xalqı terrorçuların Əhvazdakı cinayəti qarşısında susmayacaq və bütün terrorçular sonuncu nəfərədək İranın hərbi, polis, məhkəmə, siyasi və təhlükəsizlik qüvvələri tərəfindən aşkar ediləcəklər.

Ələvi əlavə edib ki, Əhvaz terror hadisəsi ilə bağlı bir qrup amil aşkar edilərək, həbs olunubdur.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandan əvəzi briqada generalı Hoseyn Səlami də Əhvaz terror hücumu şəhidlərinin dəfn mərasimində terrorçuların yəmənli uşaq və qadınların qırğın edilmələrindəki cinayətlərinə, suriyalıların didərginliyinə, İraqdakı əmin-amansızlığa və bəzi ölkələrin Livanda təfriqə salmaq üzrə cəhdlərinə işarə edib. O, deyib ki, terrorçular Suriya və İraq variantını İranda həyata keçirmək istəyirlər, amma onlar məğlubiyyətə uğrayacaqlar.

General Səlami vurğulayıb ki, İran xalqı Əhvaz terror hadisəsinin himayədarlarına möhkəm cavab verəcəkdir.

Şərh yaz


Məxfi kod
Yenilə