Bazar, 23 Sentyabr 2018 12:57

Laricani: Əhvaz terror hücumu İran xalqının iradəsinə xələl gətirməyəcək

Laricani: Əhvaz terror hücumu İran xalqının iradəsinə xələl gətirməyəcək

İran İslam Şurası Məclisinin sədri vurğulayıb: Əhvazdakı terror hücumu İran xalqının iradəsinə xələl gətirməyəcək və İran xalqı keçmişdəki kimi inamla öz amallarının müdafiəsini davam etdirəcəkdir.

Əli Laricani dünən bir müraciətdə Əhvazdakı terror hücumunda şəhid olanların ailələrinin kədəri ilə bölüşərək, belə qeyd edib: Müqəddəs Müdafiə həftəsinin ilk günündə İranın hərbi qabililiyyətlərinin nümayişi ərəfəsində düşmən qrupların tabeliyində olan bir neçə təkfirçi silahlı ünsür tərəfindən törədilmiş bu namərdcəsinə hərəkət bir daha düşmənlərin İranın müdafiə qüdrəti ilə qarşılaşmadakı acizliklərini göstərdi.

Laricani əlavə edib: Düşmənlər İranın hərbi qüdrətilə mübarizə gücünə malik olmadıqlarına görə, bu cür rəhmsizlik və küdurətlə günahsız əhaliyə, uşaq və qadınlara qarşı düşmənçilik hərəkətləri törədirlər.

İran İslam Şurası Məclisinin sədri həmçinin Əhvazdakı terror hücumunun amilləri və onların köməkçilərinin aşkar edilərək, cəzalandırılmaları vacibliyini vurğulayıb.

Şərh yaz


Məxfi kod
Yenilə