Çərşənbə axşamı, 18 Sentyabr 2018 11:58

Tasua və Aşura mərasimləri üçün İrandan İraqa tibbi heyət göndərilir

Tasua və Aşura mərasimləri üçün İrandan İraqa tibbi heyət göndərilir

İranın Qırmızı Aypara Cəmiyyətinin həcc və ziyarət təbabəti mərkəzinin başçısı bildirib ki, Tasua və Aşura günlərində tibbi xidmətlər təqdim etmək üçün 39 nəfərlik bir tibbi heyət İraqa göndərilir.

Seyid Əli Mərəşi İSNA-ya verdiyi müsahibədə deyib: Bu il İraqa 39 nəfərdən ibarət bir tibbi heyət göndəriləcək və Tasua və Aşura günlərində bütün zəvvarlara tibbi xidmətlər təqdim edəcək. 

İranın Qırmızı Aypara Cəmiyyətinin həcc və ziyarət təbabəti mərkəzinin başçısı deyib: Tibbi xidmətlər İmam Hüseynin(ə) dərgahı və İraqın Qırmızı Aypara Cəmiyyətinin əməkdaşlığı ilə həyata keçiriləcək. 

Mərəşi deyib: İranın Nəcəf və Kərbəla şəhərlərində klinika xidmətləri də mövcuddur və Ortopediya, ürək, qadın, uşaq xəstəlikləri üzrə mütəxəssislər eləcə də səhiyyə işçiləri orada xidmətlər təqdim edirlər. 

Şiələrin 3-cü imamının şəhadətinin ildönümü günlərində dünyanın müxtəlif ölkələrindən milyonlala zəvvar İraqın cənubunda yerləşən kərbəlaya toplaşır. 

Şərh yaz


Məxfi kod
Yenilə