Çərşənbə axşamı, 18 Sentyabr 2018 11:14

İslam inqilabının böyük rəhbərinin iştirakı ilə matəm mərasimi keçirilib

İslam inqilabının böyük rəhbərinin iştirakı ilə matəm mərasimi keçirilib

Məhərrəmin 8-ci gecəsində İmam Xomeyni(r.ə) adına hüseyniyyədə islam inqilabının böyük rəhbərinin iştirakı ilə imam Hüseyn(ə) üçün matəm mərasimi keçirilib.

İslam inqilabının böyük rəhbərinin ofisinin informasiya portalının verdiyi məlumata görə, bu mərasimdə minlərlə xalq kütlələri və dövlət rəsmiləri iştirak ediblər. Mərasimdə Höccətül-islam Rəfii əhli-beytə(ə) məhəbbətin təsirlərini açıqlayaraq deyib: Əhli beytə(ə) məhəbbət Allaha xatir, minnətsiz və əməllə yanaşı olmalıdır. 

Mərasimin natiqi əhli-beytin(ə) əmrlərini hərbir başqa məsələyə tərcih etməin doğru məhəbbətin başqa şərti olduğunu bildirərək deyib: Həyatda belə bir məhəbbət yaranarsa Əhli beytə(ə) ən yüksək səviyyədə məhəbbət reallaşmış olubdur. 

Mərasimdə Əhli-beyt(ə) məddahları həzrət seyyidəşşühədanın(ə) matəmində növhələr oxuyublar. 

Şiələrin üçüncü imamı İmam Hüseynin(ə) şəhadət günləri münasibəti ilə matəm mərasimləri məhərrəmin 7-12-də altı gün müddətində İmam Xomeyni(r.ə) hüseyniyəsində keçirilir. 

Şiələrin 3-cü imamı 61-ci hicri qəməri ili 10 məhərrəmdə Kərbəlada şəhid olmuşdur. 

Şərh yaz


Məxfi kod
Yenilə