Çərşənbə axşamı, 18 Sentyabr 2018 10:31

Rusiya: AEBA hesabatları İranın sədaqətini göstərir

Rusiya: AEBA hesabatları İranın sədaqətini göstərir

Rusiyanın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi dünən deyib: AEBA-nın son hesabatı bir daha təsdiq edir ki, İran İslam Respublikası nüvə sazişinə sadiqdir.

AEBA 30 avqustda Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasından sonra 12-ci dəfə olaraq İranın bu proqrama sadiq qaldığını təsdiqlədi. 

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Mixail Ulyanov Novosti xəbər agentliyinə verdiyi müsahibədə həmçinin bildirib ki, İsrail indiyədək İranın nüvə proqramı barədə AEBA-ya heç bir sənəd təqdim etməyib. 

Rusiyanın AEBA-dakı daimi nümayəndəsi deyib: İsrailin baş naziri Benyamin Netanyahunun Aprel ayında toxunduğu faktların böyük hissəsinin hazırlanması üçün görünür uzun zaman lazım olacaqmış. 

Netanyahu 30 apreldə İran İslam Respublikasına qarşı şov xarakterli hərəkətində kameralar qarşısında çoxlu sayda kağız və CD nümayiş etdirərək İranın atom silahlı istehsal etmək üçün gizli proqrama malik olduğunu iddia etdi. 

Netanyahu başçılıq etdiyi rejimin yüzlərlə nüvə başlığına malik olmasına toxunmadan iddia etdi ki, İran ƏMTP-nin imzalanmasından sonra dünyaya yalan söyləyib və nüvə silahlarının istehsalı istiqamətindəki proqramını gizli saxlamaq üçün səylərini gücləndirib. 

Avropa Birliyi xarici siyasət üzrə koordinatoru Netanyahunun sözü gedən şovsuna reaksiyada həmən gün bildirmişdi ki, AEBA indiyədək bütün hesabatlarında İranın bu beynəlxalq razılaşmaya sadiq qaldığını təsdiqləyib və Netanyahu İranın bu sazişi pozmasına dəlalət edən heç bir fakta təqdim etməyib. 

Şərh yaz


Məxfi kod
Yenilə