Şənbə, 15 Sentyabr 2018 17:18

Qasemi: Fransa İranın diplomatik məkanlarının qorunması üçün ciddi addım atmalıdır

Qasemi: Fransa İranın diplomatik məkanlarının qorunması üçün ciddi addım atmalıdır

İran Xarici İşlər Nazirliyinin sözçüsü terror qruplarının tabeliyində olan bir qrup ünsürün İranın Parisdəki səfirliyinə qarşı hücumuna reaksiyada deyib ki, Fransa İranın həmin ölkədə olan bütün diplomatik məkanlarının qorunması üçün lazımi ciddi addımı atmalıdır.

Bəhram Qasemi müxbirlər qarşısında İranın Parisdəki səfirliyinə qarşı hücum barədə belə deyib: Cümə günü axşam bir qrup anti-İran ünsür İranın Parisdəki səfirliyinin binasına hücum etmək və ona zərər vurmaq niyyətində olub, lakin buna müvəffəq olmayıbdır. Onlar səfirlik binasının içərisinə keçə bilməyiblər, lakin səfirlik binasına tərəf bir əşya ataraq, ona xəsarət vurublar.

Qasemi əlavə edib: Təəssüflə, Fransa polisindən gözlənilən təbii intizara rəğmən, onlar bir terror qruplaşmasının ünsürləri olan bu hücumçuların olduqları zaman vaxtında hadisə yerinə gəlməyiblər.

Qasemi belə qeyd edib: Çoxlu izləmələrdən və əlaqədar qüvvələrin iştirakından sonra bir qrup hücumçu polis tərəfindən həbs olunubdur ki, İran onların mühakimə edilərək, cəzalandırılmaları və səlahiyyətli rəsmilər tərəfindən nəticənin elan olunmasını istəyir.

Şərh yaz


Məxfi kod
Yenilə