Şənbə, 15 Sentyabr 2018 16:57

Zərif: Avropa ABŞ qarşısında dayanmaq və ya ona təslim olmaq barədə qərar çıxarmalıdır

Zərif: Avropa ABŞ qarşısında dayanmaq və ya ona təslim olmaq barədə qərar çıxarmalıdır

"Avropa ABŞ qarşısında dayanmaq və ya ona təslim olmaq barədə qərar çıxarmalıdır". Bunu deyən İranın xarici işlər naziri vurğulayıb ki, avropalı ölkələr Vaşinqtonun nüvə anlaşmasından çıxmasının əvəzini çıxmalıdırlar.

İranın xarici işlər naziri Mohəmməd Cavad Zərif Almaniyada çıxan "Şpigel" həftəliyi ilə müsahibədə deyib: Avropa Birliyi əgər Vaşinqtonun nüvə anlaşmasından çıxmasına zəif mövqedən reaksiya verməkdə davam edərsə, özünün bu mövqeyinin nəticələrini gözləməlidir.

Zərif Avropanın və nüvə anlaşmasını imzalamış digər tərəflərin tədbirlər görməklə Amerikanın İrana qarşı sanksiyalarının təsirlərini zərərsizləşdirməli olduqlarını vurğulayaraq, əlavə edib: Avropanın Amerikanın nüvə anlaşmasından çıxması qarşısında zəif mövqedən çıxış edəcəyi halda, İran tərəfindən nüvə zənginləşdirilməsinin artırılması ehtimalı var.

İranın xarici işlər naziri həmçinin ABŞ prezidenti Donald Trampla müzakirəni rədd edərək, deyib: Bu cür müzakirələr üçün heç bir əsas yoxdur və yalnız Amerikanın İranla nüvə anlaşmasına geri dönəcəyi təqdirdə, ola bilsin, Tehran bu cür müzakirələr barədə fikirləşmiş olsun.

Şərh yaz


Məxfi kod
Yenilə