Bazar ertəsi, 20 Avqust 2018 17:45

Amuli Laricani: ABŞ artıq İranda 28 mordad çevrilişini təkrarlaya bilməz

Amuli Laricani: ABŞ artıq İranda 28 mordad çevrilişini təkrarlaya bilməz

İranın Məhkəmə Hakimiyyətinin sədri ABŞ-ın 1332-ci günəş ili 28 mordad (1953-cü il 19 avqust) çevrilişi kimi İran xalqının qəflətindən istifadə edə bilməyəcəyini bildirərək deyib: İran xalqı bu dəfə düşmənlərə daha ağır sillə vuracaq.

28 mordad 1397-ci günəş ili ABŞ-ın İran hökuməti əleyhinə 1953-cü ildə çevrilişinin ildönümünə təsadüf edir. 

1953-cü il avqust çevrilişi ABŞ və İngiltərənin İranda neft sənayesinin milliləşməsi hərəkatının qələbəsi zamanında baş verdi. 

Ayətullah Sadiq Amuli Laricani bazar ertəsi günü Məhkəmə Hakimiyyətinin ali rəsmilərinin iclasında 28 mordad çevrilişinin ildönümünə və ABŞ-ın İran əleyhinə sanksiyalar icra etməsinə toxunaraq deyib: ABŞ İran əleyhinə təşəbbüs qrupu təşkil etməyə diqqətini yönəldib. ABŞ İran xalqının ötən 40 ildə  bütün düşmənçilikləri, o cümlədən etnosları təhrik etdiyi, müharibə yaratdığı, müxtəlif sanksiya və təhdidlər tətbiq etdiyi, İŞİD kimi terror qruplaşmalarını yaratdığını bildiyini unudur. 

İranın Məhkəmə Hakimiyyətinin sədri İran xalqının həmişə səhnədə iştirakının düşmənlərin məkrli planlarının iflasa uğramasının səbəbi adlandırıb və deyib: İran hazırda regionda elm, müdafiə və sənaye sahələrində hər zamankından daha çox güclüdür və imanla və xalqın bəsirəti ilə böhranlardan keçəcək. 

Şərh yaz


Məxfi kod
Yenilə