Bazar, 12 Avqust 2018 13:13

General Əştəri: İran-İraq sərhədləri təhlükəsizdir

General Əştəri: İran-İraq sərhədləri təhlükəsizdir

İran İslam Respublikası nizam-intizam qüvvələrinin komandanı deyib: İran ilə İraqın müştərək sərhədləri təhlükəsizdir və bu təhlükəsizliyin sayəsində , regionda terrorçu fəaliyyətlər azalıb.

General Mayor Hüseyn Əştəri bu gün Tehranda İraqın hüquq mühafizə qüvvələrinin komandanı ilə görüşündə deyib: Bəzi terrorçu qrupların bəzi sərhəd bölgələrindəki fəaliyyətlərini nəzərə alaraq iki ölkə təhlükəsizlik qüvvələri arasında əməkdaşlıqlar böyük zərurət daşıyır. 

İranın nizam-intizam qüvvələrinin komandanı həmçinin iki ölkə arasında düşmənlərin məkirli planlarının zərərsizləşdirilməsi istiqamətindəki əməkdaşlıqlara təkid edərək deyib: İraqın daxilində siyasi qruplar və xalq hazırkı vəhdəti qoruyub-saxlayarlarsa problemlər öz həllini tapacaq. 

Görüşdə Hamid Abdullah İbrahim Əl-Hüseyni də İranın terrorizm ilə mübarizədə İraqa göstərdiyi yardımlar və dəstəklərə görə öz təşəkkürünü bildirərək deyib: Düşmənlər həmişə İran və İraq xalqları arasında təfriqə salmağa çalışırlar ancaq onlar öz planlarında nakam qalacaqlar. 

Şərh yaz


Məxfi kod
Yenilə