Bazar, 12 Avqust 2018 09:51

Zərif: Xəzərdə əcnəbi hərbçilərin olmaması barədə fikir birliyi var

Zərif: Xəzərdə əcnəbi hərbçilərin olmaması barədə fikir birliyi var

İranın xarici işlər naziri dünən gecə Qazaxıstanda keçirilən xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iclasında əcnəbi hərbçilərin bu dənizdə fəaliyyəti və yaxud bu dənizdən keçmələrinə qadağa barədə fikir birliyinin mövcud olduğunu deyib.

İRNA-nın verdiyi məlumata görə, bu iclasda çıxış edən Məhəmməd Cavad Zərif deyib: 5 xəzəryanı ölkə öz rəhbərlərinin müsbət iradəsi, konstruktiv dost atmosfer sayəsində dənizin hüquqi konvensiyası və başqa 6 razılaşma sənədi eləcə də sammit iclasının bəyannaməsini imzalamaq ərəfəsindədirlər. 

Zərif 21 gün öncə də sərhəddən kənar ekoloji təsirlər protokolunun imzalandığını bildirərək deyib: bu hadisələr ümumilikdə xəzəryanı ölkələrin xalqlar və dövlətləri üçün çox aydın gələcəyi müjdələyir. 

İranın xarici işlər naziri bu konvensiyanın imzalanmasının Xəzər barədə bütün müzakirələr və tədbirlərin sonu olmadığını bildirərək deyib: Bu təşəbbüs əslində anlaşmaların icrası, icraya nəzarət üçün dönüş nöqtəsi və başlanğıc eləcə də yeni, zəruri razılaşmaların imzalanması uğrunda müzakirələrə start sayılır. 

Zərif bu konvensiyada dənizin dibinin hüdudları, başlanğıc nöqtəsinin və onun metodlarının müəyyənləşdirilməsinin həyata keçməmiş olduğunu və bunun gələcəkdə ayrıca razılaşmalarla təmin olunacağını bildirərək xəzəryanı ölkələrin yaxın gələcəkdə qalan məsələləri də yekunlaşdıracaqlarına ümidvar olduğunu deyib.

İİR XİN başçısı deyib: Sevindirici haldır ki, konvensiyada, hərhansı üzən aparatın sadəcə sahilyanı ölkələrdən birinin bayrağı altında fəaliyyət göstərməsi və əcnəbi hərbi qüvvələrin və qeyri-sahili qüvvələrin bu dənizdə fəaliyyətinə qadağa barədə fikir birliyi mövcuddur. 

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iclası dünən Qazaxıstanın Aktau şəhərində keçiridi. 

Xəzəryanı ölkələrin 5-ci sammit iclası isə bu gün həmin şəhərdə təşkil olunacaq. Bu iclasda Xəzər dənizinin hüquqi statusu ilə əlaqədar sənədlərin imzalanacağı gözlənilir. 

İran, Rusiya, Azərbaycan Respublikası, Türkmənistan və Qazaxıstan 5 xəzəryanı ölkəni təşkil edirlər. 

Şərh yaz


Məxfi kod
Yenilə