Bazar, 12 Avqust 2018 09:17

İslam inqilabının böyük rəhbəri: Korrupsiyonerlərin cəzalandırılması sürətli və ədalətli şəkildə həyata keçsin

İslam inqilabının böyük rəhbəri: Korrupsiyonerlərin cəzalandırılması sürətli və ədalətli şəkildə həyata keçsin

İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei dünən İran İslam Respublikası məhkəmə hakimiyyətinin sədrinin məktubuna cavabda buyurublar: Korrupsionerlərin cəzalandırılması sürətli və ədalətli şəkildə həyata keçirilsin.

İslam inqilabının böyük rəhbərinin internet portalının verdiyi məlumata görə, İran İslam Respublikası məhkəmə hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani son günlər islam inqilabının böyük rəhbərinə bir məktub ünvanlayaraq düşmənlərin İran xalqına qarşı iqtisadi müharibəsinə və belə bir şəraitdə iqtisadi təxribatçılar və korrupsionerlərin düşmənlərin məqsədləri istiqamətində müəyyən cinayətlər törətmələrinə toxunulur və istənilmişdi ki, ölkənin iqtisadi sistemində təxribat törədənlərin cəzalandırılması qanunu və islami cəza qanunu çərçivəsində qətiyyətli və sürətli qarşılaşma istiqamətində xüsusi tədbirlərə icazə verilsin. 

Bu məktubda təklif edilmişdi ki, iqtisadi təxribatçılar və korrupsionerlərin cəzasının azaldılması yaxud ləngidilməsi qadağan edilsin

İslam inqilabının böyük rəhbəri bu təkliflə razılaşıblar və vurğulayıblar ki, korrupsionerlərin cəzalandırılması sürətli və ədalətli şəkildə həyata keçirilsin və məhkəmələrin hökümlərinin yəqinliklə çıxarılmasına lazımı diqqət göstərilsin. 

Şərh yaz


Məxfi kod
Yenilə